Ru
17:45 / 25 İyul 2024

Qəzzada ölənlərin sayı 39 min 175-ə yüksəldi

1567
Qəzzada ölənlərin sayının 39 min 175-ə, yaralıların sayının isə 90 min 403-ə yüksəldiyi açıqlanıb.

Bakupost.az xəbər verir ki, Qəzzada qırğınlar davam edir. Fələstində hər gün minlərlə günahsız insan həyatını itirir.


Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlarda daha 30 fələstinlinin həlak olduğu, 146 nəfərin isə yaralandığı bildirilib.


Qeyd olunub ki, müharibənin ilk günündən ölənlərin sayı 39 min 175-ə, yaralıların sayı isə 90 min 403-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.




Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar