Ru
14:51 / 18 Mart 2025

Qəzzada ölənlərin sayı 400-ü ötdü - Yenilənib

Qəzzada ölənlərin sayı 400-ü ötdü - Yenilənib
Eye

İsrail martın 17-dən 18-nə keçən gecə Qəzza zolağında HƏMAS qruplaşmasının obyektlərinə zərbələri bərpa edib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə ordusu yayıb.

Ordu, həmçinin Qəzza ilə sərhəd yaxınlığında yerləşən İsrail yaşayış məntəqələrində təhsil müəssisələrinin işini müvəqqəti olaraq dayandırmaq barədə göstəriş verib.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS ABŞ-nin Yaxın Şərqdəki xüsusi nümayəndəsi Stiv Uitkoff və digər vasitəçilərin bütün təkliflərini rədd edib.

Xatırladaq ki, yanvarın 19-da İsrail və HƏMAS arasında barışıq qüvvəyə minmişdi. Bu atəşkəs isə çormərhələli idi: birinci mərhələ İsrailin Qəzzaya böyük həcmdə humanitar yardımın çatdırılmasına imkan yaratması, İsrail qoşunlarının sıx məskunlaşan ərazilərdən çıxarılması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tuturdu. Birinci mərhələnin müddəti martda başa çatıb.

Bunun ardınca isə İsrail razılaşmanın ikinci hissəsinə keçməyi deyil, birinci mərhələnin müddətinin uzadılmasını tələb edib. HƏMAS isə öz növbəsində bu təklifdən imtina edərək, ilk razılaşmaya riayət etməyi tələb edib. Qruplaşma vurğulayıb ki, İsrail ilk olaraq öz qoşunlarını Qəzza zolağından tamamilə çıxarmalıdır və tərəflər arasında mübadilə bundan sonra baş tuta bilər. Bununla belə, tərəflər yeni şərtlər üzrəində işlədiyi müddətdə atəşkəs rejimi təqribən 3 həftə uzadılmışdı.

***

“Əl Cəzirə” telekanalının anklavın Səhiyyə Nazirliyinə istinadən məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində 308 nəfər həlak olub.

***

TASS-ın məlumatına görə, Qəzzada hərbi əməliyyatların bərpa edilməsi nəticəsində həlak olanların sayı 404 nəfərə çatıb.

Daha 562 nəfər isə yaralanıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar