Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:22 / 23 Oktyabr 2024

Qəzzada ölənlərin sayı 43 minə çatdı

535
Qəzza zolağında son 24 saat ərzində davam edən döyüşlər nəticəsində azı 74 nəfər ölüb, 130 nəfər yaralanıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunub ki, ümumilikdə 42 792 fələstinli 2023-cü ilin oktyabr ayından bu yana sektorda gərginliyin artmasının qurbanı olub və 100 412 nəfər müxtəlif dərəcəli xəsarətlərlə yerli tibb müəssisələrinə müraciət edib.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, onu, Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb, bundan sonra anklavda quru əməliyyatı keçirib.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar