Ru
17:28 / 02 Dekabr 2024

Qəzzada ölənlərin sayı 45 minə yaxınlaşdı

Qəzzada ölənlərin sayı 45 minə yaxınlaşdı
Eye


İsrail ordusunun Qəzza zolağında törətdiyi qətliamlar nəticəsində həyatını itirənlərin sayı 44 466-ya yüksəlib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunub ki, İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi 4 qətliam zamanı 37 nəfərn həyatını itirib, 108 nəfər yaralanıb.

7 oktyabr 2023-cü ildən bu yana İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin ümumi sayı 44 466-ya, yaralıların sayı isə 105 358-ə yüksəlib.

Açıqlamada, həmçinin, hələ də dağıntılar altında və yol kənarlarında cəsədlərin olduğu, lakin İsrail qüvvələrinin maneələri səbəbindən səhiyyə qrupları və mülki müdafiə əməkdaşlarının meyitlərə çata bilmədiyi bir daha vurğulanıb.

Rəhman Mirzəlizadə, Bakupost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar