Ru
13:07 / 03 Dekabr 2024

Qəzzanın idarə olunması üçün ortaq komitə yaradılır

Qəzzanın idarə olunması üçün ortaq komitə yaradılır
Eye


HƏMAS və Fələstin rəhbərliyinin müharibədən sonrakı dövrdə Qəzza zolağının idarə olunmasına dair ortaq komitə qurmağa razılaşdıqları iddia edilir.

Bakupost.az xəbər verir ki, Londonda yerləşən "Al-Araby Al-Jadeed" portalı tərəflərin bununla bağlı sənəd imzaladığını bildirib.

Sənəddə Qərb Sahili və Qəzza bölgəsinin vahid siyasi qurum altında birləşdirilməsini hədəfləyən 6 öhdəlik yer alıb. Təklif olunan komitənin tərkibində 10-15 əsas fələstinli şəxs iştirak edəcək və komitə səhiyyə, iqtisadiyyat, kənd təsərrüfatı və mühüm infrastrukturun idarə olunmasına nəzarət edəcək.

Sənədə əsasən, bu komitənin seçkilər keçirilənə və ya milli səviyyədə razılaşdırılmış başqa bir idarəetmə modeli tətbiq edilənə qədər fəaliyyətini davam etdirməsinə qərar verilib. Komitənin işinə başlanması üçün isə Misirin paytaxtı Qahirədə bütün Fələstin qruplarının razılaşma əldə etməsi vacibdir.

Misir Xarici İşlər Nazirliyinin məlumatına görə, "Fəth" və HƏMAS nümayəndələri Qahirədə bir araya gələrək müharibədən sonrakı Qəzza idarəetməsini müzakirə ediblər.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar