Ru
12:05 / 06 Mart 2025

Qırğızıstan və Tacikistandan tarixi qərar: Münaqişəni bitirdilər

Qırğızıstan və Tacikistandan tarixi qərar: Münaqişəni bitirdilər
Eye

Qırğızıstan Tacikistanla sərhədin demarkasiyası prosesi çərçivəsində vaxtaşırı münaqişə vəziyyətlərinin yarandığı əraziləri mübadilə edib.

Bakupost.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov məlumat verib.

“Biz daimi münaqişələrin olduğu əraziləri mübadilə etdik”, - dövlət başçısı bildirib.

Japarov bəzi sərhəd ərazilərlə yanaşı, Tacikistanla anklavları da dəyişdirdiklərini açıqlayıb.

Qırğızıstan prezidenti əmin edib ki, bununla Tacikistanla sərhəd münaqişəsi və ya məsələsi həmişəlik həll olunub:

“Nəhayət, son qoyuldu, hər iki tərəfin maraqları nəzərə alınıb. Sərhədlə bağlı hələ deyiləcək çox şey var, amma hələ vaxtı deyil. Qoy hər şey bitsin, sonra deyəcəyik. Onda bizi tarix mühakimə edəcək. Əminəm ki, bizə əla qiymət verəcək”.

Xatırladaq ki, fevralın 21-də Bişkek və Düşənbə arasında sərhədin ümumi hissəsinin demarkasiyasına dair sənəd imzalanmışdı.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar