Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:38 / 22 Noyabr 2024

Qırğızıstanda elektron siqaret QADAĞAN OLUNDU

519
Bu MDB ölkəsində elektron siqaret qadağan edildi

Qırğızıstanda 2025-ci il iyulun 1-dən elektron siqaretlərin çəkilməsi qadağan ediləcək.

Bakupost.az xəbər verir ki, bu barədə müvafiq qanunu respublika prezidenti Sadır Japarov imzalayıb.


"Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov “Qırğız Respublikasının bəzi qanunvericilik aktlarına vətəndaşların sağlamlığının qorunması sahəsində dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb", - dövlət başçısının mətbuat xidməti açıqlayıb.

Qanunun məqsədi vətəndaşların sağlamlığının və rifahının qorunmasını təmin etməkdir. Sənəd Qırğızıstan ərazisinə tərkibində nikotin olan maye elektron siqaretlərin idxalını, dövriyyəsini və istifadəsini qadağan edir.

Qanunda müəyyən edilmiş tələblərin pozulmasına görə məsuliyyət də nəzərdə tutulur. Beləliklə, fiziki şəxslər elektron siqaretdən istifadə etdiklərinə görə təxminən 120 dollar cərimə olunacaqlar. Belə məhsulların satışına görə fiziki şəxslər təxminən 230 ABŞ dolları, hüquqi şəxslər isə 770 ABŞ dolları məbləğində cərimə olunacaqlar. Böyük miqdarda idxala görə ağır əmək və ya iki ilə qədər həbs cəzası tətbiq edilə bilər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar