Moskvada iki tibb bacısı Jukovun Qırmızı Meydandakı abidəsinə “QUR” (Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin abrevviaturasi-red.) yazıb.
Bakupost.az Baza-ya istinadla xəbər verir ki, yazı iyunun 3-ü axşam saatlarında peyda olub.
Yazını özəl klinikada işləyən 55 yaşlı Vera (tibbi xalatda-red) və 28 yaşlı Anastasiya yazıb. Vera və Anastasiya saat 18:00 radələrində abidəyə yaxınlaşıb qırmızı boya qutusunu çıxararaq abidə üzərinə “QUR” sözünü həkk edibklər.
Bundan dərhal sonra onlar saxlanılıb. Saxlanılanların yaxınları bildiriblər ki, onları bu əmələ fırıldaqçılar məcbur ediblər.
Zaur
BakuPost