“Ölkədə qiymətlər heç vaxt ucuzlaşmır, bir qayda olaraq yalnız bahalaşır. Bunun qarşısını almaq üçün dövlət ehtiyatlarının yaradılması o qədər də səmərəli məsələ deyil. Mövcud problemləri aradan qaldırmaq və məhsul bolluğu yaratmaq, ölkə daxilində məhsul istehsalını stimullaşdırmaq və genişləndirmək lazımdır”.
Bu fikirləri
Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli bildirib.
O qeyd edib ki, bununla yanaşı ölkənin həm istehsal, həm də satış sferasında inhisarçılıq aradan qaldırılmalı, rəqabət mühiti yaradılmalıdır. Bundan sonra, dövlət ehtiyatlarının bir vasitə kimi istifadə olunması məqbuldur:
"Ölkədə hər hansı fövqəladə vəziyyət və ya iqlim dəyişikliyi səbəbindən məhsuldarlıq aşağı olduğu halda, qiymətlərin həddindən artıq yüksəlməsinin, o cümlədən, bolluq səbəbindən qiymətlərin aşağı düşməsinin qarşısını almaq, onları tənzimləmək mümkündür”.
Sevinc,
BakuPost