Ru
19:43 / 18 İyul 2024

Qiymətlər qalxa-qalxa gedir: nə etməli? - Açıqlama

4855
“İxrac üçün yetişdirilən məhsulların maya dəyəri baha olur. Onlar xüsusi rejimdə yetişdirilir, özünəməxsus tələbləri, preparatları var. İxrac olunan məhsulun maya dəyəri baha olduğu üçün sahibkar onu daxili bazarda ucuz qiymətə sata bilmir. Biz bu gün ixracı saxlayıb bazara yönəltsək, əksinə, qiymətləri bahalaşdıra bilərik”.




Bunu iqtisadçı ekspert Fuad İbrahimov Bakupost.az -a deyib.

Onun sözlərinə görə, bahalaşmanın qarşısını almaq üçün alternativ yollar var:

"Onlardan biri də idxaldır. Biz ixracımızı qoruyub saxlamaqla, daxili bazarı idxalla təmin edirik. Əslində, daxili bazar üçün də pomidor yetişdirmək imkanları var. Amma sahibkarlar riskə getmək istəmirlər".

Ekspert qeyd edib ki, bu gün bazara girmək, məhsulu hansısa bir dövriyyəyə cəlb etmək üçün müəyyən çətinliklərin olduğu danılmazdır:

"Ona görə də sahibkarlar bu əziyyəti çəkmək və daxili bazar üçün pomidor yetişdirmək istəmirlər. Biznesdə harda xeyir varsa, sahibkar o istiqamətə yönəlir. O, xeyir görmədiyi üçün daxili bazar üçün məhsulu yetişdirmək istəmir. İqtisadiyyat və ticarət aləmində bahanı xaricə satıb, ucuzu daxili bazara gətirmək qəbul olunan qaydadır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar