Deputat Səyyad Aranın Milli Məclisdə tarixi abidələrlə bağlı çıxışı səs-küy yaradıb. Belə ki, o, abidələrin pasportlaşdırılmasının lazımsız olduğunu deyib və müəyyən iş adamlarına həvalə edilməsini təklif edib. Onun bu fikirləri spiker Sahibə Qafarovanı da özündən çıxarıb.
Sitat: “Siz nə danışırsınız? Abidələrin hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilsin? Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır?”.
Tarixi abidələr biznesmenlərə həvalə edilməlidir?
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı spikerə haqq qazandırıb:
“Tarixi mədəniyyət abidələri hesab olunan binalar, tikililər mütləq dövlət tərəfindən qorunmalıdır. Fikrimcə, yenidən başqa metodologiyanın hazırlanması və ya abidələrin hansısa özəl sahibkarlara verilməsi doğru deyil. Hətta tarix mədəniyyət və memarlıq abidələrinin istifadəsi ilə bağlı qaydalarda müəyyən sərtləşmələr olmalıdır. Amma məsələnin dövlətin nəzarətindən çıxarılması yolverilməzdir”.