Ru
20:47 / 01 Avqust 2024

Qızıl medal alan idmançımızdan AÇIQLAMA

Qızıl medal alan idmançımızdan  AÇIQLAMA
1829

Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi.

Bakupost.az xəbər verir ki, bunu “Report”un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Zelim Kotsoev deyib.

Azərbaycan yığmasının üzvü bu qələbəyə görə hədsiz dərəcədə sevincli olduğunu bildiib:

"Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi. Bu işdə hər kəsin zəhməti var. Həm Azərbaycan Cüdo Federasiyası, həm də məşqçilərimiz çox çalışdılar. Bu gün səhər yuxudan oyananda özümü çox gümrah hiss edirdim. Qızıl medal qazanmağımda Hidayət Heydərovun rolu az olmadı. Onun uğurları məni qələbəyə köklədi. Hidayət bütün gün zalda mənimlə bərabər olub, öz dəstəyini göstərib. Final görüşünün sonlarında məlubiyyətlə barışmaq istəmirdim. Çalışırdım ki, rəqib idmançı səhvə yol versin və bu baş verdi".

Qeyd edək ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev finalda gürcüstanlı İlya Sulamanidzeyə qalib gələrək olimpiya çempionu olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar