Ru
18:14 / 17 Aprel 2025

Qızılın köməyi ilə görmə qabiliyyəti bərpa ediləcək - Elmdə mühüm yenilik

  Qızılın köməyi ilə görmə qabiliyyəti bərpa ediləcək - Elmdə mühüm yenilik
Eye

Braun Universitetinin tədqiqatçıları görmə qabiliyyətini bərpa etmək üçün xüsusi innovativ üsul hazırlayıblar.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, alimlər bu tibbi yöntəm zamanı qızıl nanohissəcikləri görməyən gözə yerləşdiriblər.

Məlumata görə, insan saçından təxminən min dəfə nazik olan bu hissəciklər xüsusi qurğu - inteqrasiya olunmuş lazerli eynəklərdən gələn infraqırmızı işığa effektiv reaksiya vermək qabiliyyətinə malikdirlərlər.

Yəni tədqiqatın əsas uğuru da məhz budur: qızıl hissəciklər infraqırmızı şüaları udur və onu istilik enerjisinə çevirir. Nəticədə hissəciklər fotoreseptorları keçərək retinanın qalan sağlam hüceyrələrini stimullaşdırırlar. Beləliklə, hətta retinanın ciddi zədələnməsi olan xəstələr də qalan görmə funksiyalarının pisləşməsi riski olmadan təbii olaraq itirilmiş görmə qabiliyyətini qismən bərpa edə biləcəklər.

Siçanlar üzərində aparılan eksperimental sınaqlar metodun yüksək effektivliyini təsdiqləyib: heyvanların vizual qəbuletməsində əhəmiyyətli irəliləyiş hiss olunub. Önəmlisi odur ki, elm adamları metodun iltihab və ya intoksikasiya əlamətləri kimi yan təsirlərinin olmamasını vurğulayıblar.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar