ABŞ-dan yaşayan və özündən az qala iki dəfə cavan olan qızına oxşayan 65 yaşlı qadın sosial media istifadəçilərini təəccübləndirib.
Bakupost.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Don Hobşer 34 yaşlı qızı Şer ilə gəzintiyə çıxanda çoxları onların əkiz bacılar olduğunu düşünür. Yaşlı amerikalı qadının dediyinə görə, o və qızı eyni paltarı seçməyi və ümumiyyətlə “ən yaxşı dostlar kimi” yaşamağı xoşlayırlar.
"Biz eyni ölçüdəyik, ona görə də geyinməyə heç nəyim olmayanda o, şkafından bir şey seçməyimə kömək edir və ya əksinə olur", - deyə Şer əlavə edib.
Qızın dediyinə görə, anası ilə toya gedəndə qonaqları onları səhv salıblar: Qarşılarından Donun, yoxsa Şerin dayandığını başa düşməyiblər.
"Biz eyni paltarda çıxdıq və onlar hər ikimizin xoşuna gəldi", - Şer deyib.
İnsanlar tez-tez Dondan gənc qalmasının səbəbini öyrənmək istəyirlər, lakin qadın sirlərini bölüşməyə tələsmir.
Zaur,BakuPost