Ru
16:56 / 07 Aprel 2025

Qızına sataşan şəxsin paltarını çıxararaq çayxanaya aparmışdı - Müslümov həbs edildi

Qızına sataşan şəxsin paltarını çıxararaq çayxanaya aparmışdı - Müslümov həbs edildi
Eye

Qızının adına sosial şəbəkədə hesab açan şəxsə qarşı zor tətbiq edən 57 yaşlı şəxs məhkəmə zalında həbs olunub.

Bakupost.az "müsavat"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs Müslümova qarşı xuliqanlıq və qəsdən zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə maddələri ilə ittiham irəli sürülüb.

Yevlax Rayon Məhkəməsi Müslümovu adam oğurluğunda təqsirli bilməyərək barəsində bəraət hökmü çıxarmışdı. Prokuror hökmdən apellyasiya protesti verərək Müslümov barəsində azadlıqdan məhrumetmə ilə bağlı hökm çıxarılmasını istəyib.

Məlumata görə, Müslümov Yevlax rayon sakini olan Ramizi (ad şərtidir) cəzalandırmaq üçün onun heyvanları otardığı əraziyə gedib. O, Ramizi qızının adına saxta profillər açaraq nalayiq paylaşımlar etməsinə görə cəzalandırmaq üçün taxta parçası ilə döyüb. Daha sonra onun əllərini arxadan bağlayaraq maşına əyləşdirib. Şalvarını çıxararaq rayondakı çayxanaların birinin qarşısında düşürüb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Tərəflər barışıb.

Lakin Müslümov barəsində bəraət hökmünün çıxarılması ittiham tərəfini narazı salıb. Prokurorun protesti təmin edilib. Şəki Apellyasiya Məhkəməsi Müslümovu adam oğurluğunda təqsirli bilərək həbsə məhkum edib.

Hökmə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Müslümov məhkəmə zalında qandallanıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar