Malayziyada qoyun əti satan Mohammad Osman 2 azyaşlı qızın qaçırılmasında təqsirli bilinir.
Bakupost.az xəbər verir ki, kişi 6 və 8 yaşlı qızlara yaxınlaşaraq, onlara pul, hədiyyə verib və maşınında şəhərdə gəzmək təklif edib. Saxlanılan Mohammad bildirib ki, uşaqlarla yaxşı davranıb, onları incitməyib, yedirib və şəhərkənarı gəzintiyə aparıb.
O, bu addımı onunla əsaslandırıb ki, 2 oğlu olsa da həmişə qızının olmasını arzulayıb. Ümidinin üzüldüyünü görən ata özünə başqasının qızını götürmək qərarına gəlib.
Amma bu onu məsuliyyətdən azad etmir, bundan sonra ömrünün 3 ilini həbsdə keçirəcək.
Aygün Musayeva
BakuPost