Ru
18:13 / 28 Aprel 2025

Qlobal bazar təhlükə altındadır - Reuters

 Qlobal bazar təhlükə altındadır - Reuters
Eye

Dünya iqtisadçıları hesab edir ki, bu il qlobal iqtisadiyyatın tənəzzülə uğrama riski yüksəkdir.

Bakupost.az xəbər verir ki, bu barədə Reuters bildirib.

Qeyd olunub ki, iqtisadçılar bunu ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərlə izah edirlər.

"Trampın idxalatına tariflər tətbiq etməklə dünya ticarətini yenidən formalaşdırmaq cəhdi maliyyə bazarlarında şok effekti yaradıb, fond bazarlarında trilyonlarla dollar dəyərində itkiyə səbəb olub və ABŞ aktivlərinə, o cümlədən dollara olan inamı sarsıdıb.

Tramp demək olar ki, bütün ticarət tərəfdaşlarına tətbiq olunan ən yüksək tarifləri bir neçə aylıq dayandırsa da, 10%-lik ümumi rüsum və ABŞ-ın ən böyük ticarət tərəfdaşı olan Çinə qarşı 145%-lik tarif qüvvədə qalır.

Artan qeyri-müəyyənlik və rekord səviyyədə yüksək tariflərlə üzləşən bir çox qlobal şirkət ya bazardan çəkilib, ya da gəlir proqnozlarını azaldıb", - xəbərdə bildirilir.

Amin Rızayev,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar