Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:45 / 30 Noyabr 2024

Qlobal müharibə baş verəcək – Məşhur ekstrasensdən proqnozlar

806

Öncəgörmələrinin böyük bir qisminin doğru çıxması ilə tanınan və bu səbəbdən konspiroloqlar arasında önəmli fiqura çevrilən Vanqa, 2025-ci il üçün də diqqətçəkən proqnozlar verib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bolqar kahin Avropada böyük bir müharibə barədə xəbərdarlıq edərək, Rusiya Prezidenti Putinə ayrıca diqqət ayırıb.

II Dünya Müharibəsi, 11 sentyabr hücumları, Şahzadə Diananın ölümü, Obamanın prezident seçilməsi və hətta koronavirus pandemiyasını əvvəlcədən bildiyi iddia edilən Vanqa, 2024-cü ilin son günlərinə yaxın yenidən dünya gündəminə düşüb.

Vanqanın öncəgörmələrinə əsasən, 2025-ci ildə Avropada əhalini təhlükə altına sala və qlobal fəlakətə səbəb ola biləcək böyük bir müharibə baş verəcək. Ukraynada hazırda davam edən müharibə və tərəflər arasında yaşanan son hadisələr bu öncəgörmənin reallaşacağı ilə bağlı narahatlıqları artırıb. ABŞ, Fransa və İngiltərənin Kiyev hökumətinə uzaq mənzilli silahlarla zərbə endirməkdə dəstək verməsi, Rusiyanın buna qarşı yeni istehsal etdiyi raketlərlə Ukraynaya hücum etməsi bölgədə gərginliyi artırıb və münaqişənin qlobal ölçülərə keçə biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.

Məşhur kahinin 2025-ci il üçün proqnozları bununla bitmir. Vanqaya görə, qarşıdakı il ərzində zehindən-zehinə ünsiyyət texnikasında böyük bir sıçrayış baş verəcək, alimlər telepatik ünsiyyət üçün beyin dalğalarından istifadə etməyin yolunu tapacaqlar.

Elm sahəsində başqa bir öncəgörmə isə alimlərin laboratoriyalarda insan orqanı istehsal edə biləcək mərhələyə çatmasıdır. Vanqanın ən diqqətçəkən öncəgörməsi isə 2025-ci ildə böyük bir idman tədbiri zamanı dünyanın xarici həyatla "ilk təmasının" baş tutacağıdır.

Rəhman Mirzəlizadə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar