"Abşeron rayonunun Qobu qəsəbəsində 3 nömrəli məktəbə gedən yolda ("Al market"in yaxınlığında) minik avtomobilləri və yük maşınlatı yüksək sürətlə hərəkət edirlər. Yolda piyada keçidi və işıqfor yoxdur. Bu vəziyyət insanların, xüsusilə də məktəbə gedən uşaqların həyatı üçün ciddi təhlükə yaradır".
Onların dediyinə görə, uşaqlar hər gün məktəbə gedərkən bu yolu keçməli olurlar:
"Avtomobillərin sürətli hərəkəti onların həyatını təhlükəyə atır. Artıq bir neçə dəfə qəza baş verib. Bu, ciddi narahatlıq doğurur. Yaxşı olardı ki, həmin yolda tramplin, işıqfor və radar kameraları quraşdırılsın".
Sakinlər qeyd ediblər ki, iyun ayında məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilsə də, hələ də heç bir tədbir görülməyib:
“Abşeron polisi bildirdi ki, məsələ görüləcək işlər planındadır, həmin yolda radar və işıqfor qurulacaq. Lakin 6 ay keçməsinə baxmayaraq, heç nə edilməyib. Yolun sağında piyada keçidi işarəsi qoyulsa da, yerdə keçidin işarəsi yoxdur. Sürücülər isə həmin lövhəyə məhəl qoymurlar. Avtomobillər 80-100 km/saat sürətlə hərəkət edirlər".
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev isə
Bakupost.az -a açıqlamasında bildirib ki, qaldırılan məsələ barədə məlumatlıdırlar. O qeyd edib ki, sözügedən ərazidə əlavə nizamlanma vasitələrinin tətbiqi məsələsinə aidiyyəti qurumlarla birgə baxılır.
Polis baş leytenantı əlavə edib ki, həmin yolda Dövlət Yol Polisi əməkdaşları tərəfindən mütəmadi olaraq zəruri tədbirlər görülür və nəzarət-profilaktik işlər davam etdirilir.
Lalə, BakuPost