Ru
16:46 / 10 Fevral 2025

Qobustanda faciəvi qəza - Anası öldü, özü və xanımı xəsarət aldı - FOTO

Qobustanda faciəvi qəza - Anası öldü, özü və xanımı xəsarət aldı - FOTO
Eye

Bu gün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır qəza olub.

Bakupost.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, 32 yaşlı Əli Mahmudovun sürdüyü “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, sürücünün avtomobildə olan 1971-ci il təvəllüdlü anası Mahmudova Ramidə hadisə yerində ölüb.

Sürücü və həyat yoldaşı isə xəsarətlərlə xəstəxanaya aparılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar