Ru
20:14 / 23 Yanvar 2025

QR kodlu arılar yuvaların sirrini açdılar - FOTO

QR kodlu arılar yuvaların sirrini açdılar - FOTO
576

Pensilvaniya Universitetinin alimləri ilk dəfə olaraq arıların uçuşunu izləmək üçün onların belinə kiçik QR kodlar yapışdırıblar. Bunun sayəsində arıların yuvadan kənarda nə qədər vaxt keçirdikləri və qida axtarışlarının xüsusiyyətləri haqqında məlumat əldə etmək mümkün olub.

Bakupost.az xəbər verir ki, tədqiqat nəticələri “HardwareX” jurnalında dərc olunub.

Hazırlanmış sistem günəş enerjisi ilə işləyir və altı arı yuvası üçün bir kompleksə cəmi 1500 dollar xərclənir. Bu da onu arıçılar və alimlər üçün əlçatan edir.

"Bu layihə alimlərə arıları insan gözünün çata bilməyəcəyi dəqiqliklə müşahidə etməyə imkan verir", - deyə tədqiqatın aparıcı müəllifi Marqarita Lopez-Uribe bildirib.

Tədqiqatçılar Pensilvaniya və Nyu-York ştatlarında yerləşən altı arı yuvasında 32 mindən çox arını QR kodlarla təmin ediblər. Eksperiment göstərib ki, arıların əksəriyyəti uçuşlarına 1-4 dəqiqə ayırır. Lakin arıların təxminən üçdə biri yuvadan iki saatdan çox müddətə kənarda qalır ki, bu da uzaq məsafələrə qida axtarışı və ya başqa bir məqsəddən xəbər verə bilər. Sistem sayəsində alimlər həmçinin işçi arıların əvvəlcədən düşünüldüyündən daha uzun yaşadığını da öyrəniblər: onlar 28 gün əvəzinə altı həftəyə qədər aktiv şəkildə uçurlar.

Komanda başqa arı növlərinin davranışını öyrənmək və arıçılara master-klasslar keçmək məqsədi ilə tədqiqatlarını genişləndirməyi planlaşdırır. Alimlər həmçinin arıların həqiqətən yuvadan 10 kilometrə qədər məsafəyə uçub-uçmadığını yoxlamaq və ya onların uçuş radiusunun daha kiçik olub-olmadığını aydınlaşdırmaq istəyirlər.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar