Ru
16:38 / 24 Aprel 2025

Qubada it məktəblinin başını dişlədi

Qubada it məktəblinin başını dişlədi
Eye

Bu gün saat 12:20-də Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Apa-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 7 yaşlı oğlana üzün və kəllənin çoxsaylı dişlənmiş, cırılmış yaraları, 55 yaşlı qadına qarının, sol budun ön səthinin dişlənmiş, sıyrılmış yaraları, 58 yaşlı qadıan isə sol saidin arxa səthinin sıyrılmış, dişlənmiş yarası diaqnozu təyin olunub.

Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

7 yaşlı məktəblinin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Qadınlar isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar