Ru
01:07 / 24 Sentyabr 2024

Qubada qəzada ölən va yaralanan şəxslərin kimliyi məlum oldu - FOTO

509
Qubada yol nəqliyyat hadisəsi zamanı ölən va yaralanan şəxslərin kimliyi bəlli olub.

Hadisə nəticəsində "Mercedes"in sürücüsü - Bakı şəhər sakini 1996-ci il təvəllüdlü Kənan Cabbarov ağır xəsarətlər alaraq Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

"Opel" markalı avtomobilin sürücüsü, Quba rayon sakini 1982-ci il təvəllüdlü Elşad Qayıbov isə, aldığı xəsarətlərdən həlak olub.

İlkin məlumata görə, qəzaya "Mercedes" markalı avtomobilin əks istiqamətdə hərəkət etməsi səbəb olub.

Quba şəhərinin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, "Opel" markalı minik avtomobili ilə "Mercedes" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarətlər alıb.

Hazırda fakt araşdırılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar