Ru
16:25 / 27 İyul 2024

Qubada sel kəndin yolunu uçurdu

2458
Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Qudyalçaya gələn güclü sel çayın kənarları ilə bərabər Küpçalqışlaq kəndinin əsas yolunu da uçurub.

Eyni zamanda çayın kənarında olan yüksək gərginlikli elektrik xətləri də aşıb.

Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yol axtarılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar