Ru
21:22 / 27 Fevral 2025

Qukasyan: Ermənistan Qarabağın qarantı kimi çıxış etmişdi

Qukasyan: Ermənistan Qarabağın qarantı kimi çıxış etmişdi
Eye 779

“Ermənistan Respublikası Qarabağın qarantı kimi çıxış etmişdi”.

Bakupost.az xəbər verir ki, bunu Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arkadi Qukasyan növbəti məhkəmə prosesində deyib.

O, Ermənistanın Azərbaycana qarşı apardığı təcüvüzkar hərbi müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı həyata keçirilən çoxsaylı cinayət əməllərinin törədilməsində iştirak etdiyinə görə ittiham olunur.

“Təbii ki, bu həll olunmamış məsələlər qrupunda kiçik Qarabağ öz müdafiəsini konflikt həll olunana qədər təkbaşına həyata keçirə bilməzdi”, - deyə o bildirib.

O, 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağda olduğunu bildirib: “Bu, o vaxta təsadüf etdi ki, mən Qarabağa gəlmişdim. Demək olar ki, müharibənin 2-ci günü biz digər "keçmiş prezident" Bako Saakyanla birgə, Arayik Harutyunyanla görüş tələb elədik. Biz onunla görüşdük. Ondan xahiş etdik ki, əlindəki bütün imkanlardan istifadə edərək Ermənistandan müharibəni dayandırmağı xahiş etsin”.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar