Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:35 / 29 Noyabr 2024

Quş qripi xəstəliyi ilə bağlı məhdudiyyətlər ARADAN QALDIRILDI

445
Altı ölkənin bəzi ərazilərinin quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusları bərpa olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Nepalın Şərq, Qandaki, Madheş əyalətlərində, Kanadanın Manitoba, Nyu-Brunsvik, Şahzadə Eduard Adası, Nyufaundlend-Labrador əyalətlərində, Şotlandiyanın Şetland, Eilean-Siar, Pert və Kinross, Anqus, Damfris-Qalloyey, Şərqi Ayrşir, Fafe, Haylənd, Na-h-Elanan-Şiar inzibati ərazi vahidlərində, İngiltərənin Şərqi İngiltərə, Cənub-Şərqi İngiltərə, Qərbi Midland, Şimal-Qərbi İngiltərə, Şimal-Şərqi İngiltərə regionlarında, İtaliyanın Toskana regionunda, Uelsin Anqlesey, Pouis inzibati ərazi vahidlərində, ABŞ-nin Kolorado, Florida, Minnesota ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Bu baxımdan Azərbaycan ərazisinin yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar