Qusarda dumanlı hava şəraiti ölümlə nəticələnən qəzaya səbəb olub.
Bakupost.az -ın Report-a istinadən məlumatına görə, hadisə Qusar-Şahdağ avtomobil yolunda baş verib.
Belə ki, hava şəraitinin dumanlı olması səbəbdən “Nissan Patrul” markalı minik avtomobili ötmə əməliyyatı edərkən idarəetməni itirərək hərəkətdə olan “Mersedes Viano” markalı sərnişin mikroavtobusuna dəyib, daha sonra isə yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı Bakı şəhər sakini, 2014-cü il təvəllüdlü Ə.Z hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.