BMT-nin Baş katibi Antonio Quterreş Suriya xalqına dəstək verən Türkiyənin bu ölkədəki qüvvələri hərtərəfli dialoq üçün inandırmaqda mühüm rol oynaya biləcəyinə diqqət çəkib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Quterreş bildirib:
"Suriya xalqına və İdlibdəki mübarizəyə dəstək verən Türkiyə, hərtərəfli dialoq üçün ölkədəki tərəfləri razılaşdırmaqda mühüm rol oynaya bilər".
Suriyada daimi atəşkəs üçün şərait yaradılmasının vacibliyini vurğulayan Quterreş, eyni zamanda İŞİD-in terror fəaliyyətnin qarşısının alınmasının zəruri olduğunu qeyd edib.
Rəhman Mirzəlizadə, BakuPost