Başqırdıstanın paytaxtı Ufada xilasedicilər iti düşdüyü iki metr dərinlikdəki quyudan çıxarıb.
Bakupost.az xəbər verir ki, bu barədə şəhər mülki müdafiə idarəsi məlumat yayıb.
Məlumata görə, bir kişi gəzinti zamanı itin hürüşünü eşidib. Bundan sonra o, səsin gəldiyi yerə yaxınlaşıb və heyvanın təxminən iki metr dərinliyində olan tərk edilmiş bir quyuya düşdüyünü görüb.
O, iti təkbaşına çıxara bilməyəcəyini anlayıb və xilasedicilərdən kömək istəyib. Hadisə yerinə gələn mülki müdafiə idarəsinin əməkdaşları xüsusi avadanlıqların köməyi ilə iti tez bir zamanda quyudan çıxarıblar.
Lalə, BakuPost