Ru
19:40 / 31 Mart 2025

Radarlar bəzi nömrələri niyə düz oxumur? - VİDEO

Radarlar bəzi nömrələri niyə düz oxumur? - VİDEO
Eye

Bir sürücünün törətdiyi inzibati xətanın cəriməsi oxşar dövlət qeydiyyat nişanlı başqa bir sürücüyə gedir. Xüsusən də bu cür hallara son illərdə tez-tez rast gəlinir. Bəs niyə xüsusi texniki vasitələr həmin nömrələri ayırd edə bilmir?

Bakupost.az -ın xezerxeber.az- istinadən məlumatına görə, radarlar ''P-ni, B'', ''C-ni O'', ''O-nu Q'' və yaxud da ''3-ü 8'', ''6-nı isə 0'' kimi oxuyur və cərimələr yalnış sürücülərə göndərilir.

Hələ üstəlik bəzən cərimənin növündən aslı olaraq bal da yazılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov deyir ki, radar sistemində bəzi hallarda texniki nasazlıq ola bilir. Amma bu da dərhal aradan qaldırılır.

Belə hal aşkar edildikdə vətəndaşlar Baş Dövlət Yol Polisi İdarəsinin ''902'' qaynar xəttinə avtomobilinin dövlət qeydiyyat nişanı və markası ilə bağlı məlumat verməlidirlər. Həmin fakt araşdırılır və məlum olur ki, qaydanı həmin sürücü pozmayıb, cərimə məbləği və bal inzibati xəta törədən sürücüyə yönəldilir.

Polis bildirir ki, bu cür halların baş verməməsi üçün, sürücülər dövlət qeydiyyat nişanını təmiz saxlamaqla yanaşı, hansısa bir rəqəm və yaxud da hərfdə pozulma faktı aşkar edilən kimi nasazlığı aradan qaldırmalıdırlar.

Daha ətraflı videomaterialda...




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar