Ru
12:50 / 23 Sentyabr 2024

Onlar Milli Məclisin sədr müavinləri seçildilər - Yenilənib2

3042

***

09:42


Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub.


Bakupost.az bildirir ki, parlamentdə bu gün keçirilən iclasında Rafael Huseynovun namizədliyi dəstəklənib.

Qeyd edək ki, parlamentdə müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Tənzilə Rüstəmxanlı, Rafael Hüseynov və Fəzail İbrahimli təmsil edir.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

***
10:09

Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub.

Musa Qasımlı parlamentdəki bitərəflərin namizədi olub.

***
10:40

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Milli Məclis sədrinin müavini postuna namizəd olub. Onun spikerin birinci müavini olacağı bildirilir.


***
12:50


VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.

Bakupost.az -ın xəbərinə görə, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.

Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar