Ru
23:27 / 22 Noyabr 2023

Ramil Hüseynov tədbir keçirdi - VİDEO

Ramil Hüseynov tədbir keçirdi - VİDEO
Eye

“YENİ XƏTT” Siyasi Tədqiqatlar Mərkəzinin Abşeron rayon, Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində “Tarixi qələbəmizin yaratdığı reallıqlar” adlı tədbiri keçirilib.

Bakupost.az xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçıları və qazilərin iştirak etdiyi tədbirdə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin rəhbəri Ramil Hüseynov çıxışı zamanı qazilərin qəhrəmanlığı, şəhidlərin şücaəti, Prezident İlham Əliyevin mükəmməl diplomatiyası, qətiyyəti, müdrikliyi nəticəsində bizə şanlı qələbəmizi, ədaləti bərpa etməsindən bəhs edib.

Ramil Hüseynov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə şəhid ailələrinə, qazilərə Fəxri fərmanlar və hədiyyələrlə təşəkkürünü bildirib.

Tədbir vətənpərvər mahnılardan ibarət konsert proqramı ilə yekunlaşıb.



https://web.telegram.org/a/#-1001313574667


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar