Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:46 / 29 İyul 2024

Ramin İsayevin 54 milyonluq yeyinti işi - Jurnalistlər məhkəməyə buraxılmadı

1997
“SOCAR-AQŞ” MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçmiş baş direktoru Ramin İsayevin məhkəməsi başlayıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki,Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasına jurnalistlər buraxılmayıb.

Məhkəmədən prosesin qapalı keçirildiyi bildirilsə də, səbəbi açıqlanmayıb.

Yalnız onu əldə etdik ki, hazırlıq iclasının predmetinə uyğun olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib.

Elektron məhkəmə sistemindən görünür ki, iş üzrə baxış iclası avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.

Ötən ilin iyulunda həbs edilib. İş üzrə “SOCAR-AQŞ”dən başqa, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı da zərərçəkmiş qismində tanınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar