Ru
12:36 / 26 Fevral 2025

Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi

Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi
1664

Azərbaycan ilk dəfə NATO-nun “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin Mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.

Bakupost.az -ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli ölkəmizin Mərkəzdəki nümayəndəsi təyin edilib.

K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe köməkçisidir.

Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Fotoda Kamran Tahirbəyli



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar