Ru
11:46 / 14 Noyabr 2024

Ramosun "Real" yoluna Peres daş qoydu?

Ramosun "Real" yoluna Peres daş qoydu?
Eye

"Real Madrid" rəhbərliyi Eder Militaonun ciddi zədəsi səbəbindən 38 yaşlı keçmiş mərkəz müdafiəçisi Serxio Ramosun geri qaytarılması ideyasına qarşı çıxıb.

Bakupost.az "Championat"a istinadən xəbər verir ki, Ramos keçmiş klubuna öz xidmətlərini təklif edərək "Real Madrid"ə qayıtmağa hazır olduğunu bildirib.

Lakin "Real Madrid"in prezidenti Florentino Peres və klub direktoru Xose Anxel Sançes "Real Madrid" əfsanəsinin bu təklifini rədd ediblər.

Qeyd edək ki, Serxio Ramos 2005-2021-ci illərdə "Real Madrid"də çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 671 matçda iştirak edib, 101 qol vurub və 40 məhsuldar ötürmə edib. İspaniyalı futbolçu 2024-cü ilin yayından etibarən "Sevilya" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar