Ru
22:50 / 27 Fevral 2025

"Real" keşmiş futbolçusu 48 yaşında vəfat etdi

"Real" keşmiş futbolçusu 48 yaşında vəfat etdi
Eye 755

"Real Madrid"in sabiq futbolçusu Xavyer Dorado 48 yaşında vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Madrid klubu onun ailəsinə, komanda yoldaşlarına, bütün sevdiklərinə və şərəfini qoruduğu bütün klublara başsağlığı verir", - mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd olunur ki, Doradonun ölümünə onun iki il əvvəl xərçəng xəstəliyinə tutulması səbəb olub. O, Palma de Mallorca şəhərində yaşayırdı və yeni sümük iliyi transplantasiyasını gözləyirdi.

Dorado 1999-2000-ci illərdə Madrid komandasında çıxış edib. Müdafiəçi "Real"la birlikdə Çempionlar Liqasının qalibi olub. Dorado karyerası ərzində "Rayo Valyekano", "Salamanka", "Malyorka", "Sportinq Xixon" və "Atletiko Baleares"də də çıxış edib.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar