Ru
22:46 / 14 Noyabr 2024

"Real" Mbappenin oyunundan narazıdır

"Real" Mbappenin oyunundan narazıdır
Eye

İspaniya təmsilçisi "Real"ın (Madrid) prezidenti Florentino Peres klubun futbolçusu Kilian Mbappenin oyunundan narazıdır.

Bakupost.az xəbər verir ki, fransalı hücumçunun qarşılaşmalar zamanı liderlik keyfiyyətlərini yetərincə nümayiş etdirə bilməməsi "Kral klubu"nun rəhbərliyini narazı salıb.

F.Peres 25 yaşlı oyunçunun tez bir zamanda özünü layiqincə sübut edəcəyinə ümid edir.

Qeyd edək ki, K.Mbappe cari mövsümün əvvəli Fransanın PSJ komandasından "Real"a transfer olunub. O, madridlilərin heyətində meydana çıxdığı 16 matçda 8 qol vurub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar