Ru
15:57 / 02 İyul 2024

REAL Partiyası namizədlərinə nə qədər pul ayıracaq? - Açıqlama

1515
REAL Partiyası parlament seçkilərinə qatılacaq namizədlərinə 3-5 min manat vəsait ayıracaq.




Bakupost.az xəbər verir ki, bunu partiyanın icra katibi Natiq Cəfərli yerli mediaya müsahibəsində bildirib.

O, hazırda bu məsələ ilə bağlı partiyada müzakirələrin davam etdiyini bildirib:

"Hazırda bu barədə müzakirələr gedir. Keçən təcrübələrimizi də nəzərə alırıq. Hər namizəd üçün minimum 3, maksumum 5 min manat arası vəsait xərcləməyi düşünürük".

N.Cəfərli rəqəmlər arasında fərqi belə izah edib:

"Şəhərdə təbliğat aparmaq, bölgələrlə müqayisədə daha asandır. Ən azından nəqliyyat xərci az olur. Məsələn, bizim ofisimiz Erkin Qədirlinin seçildiyi 16-cı dairədə yerləşir. Artıq Erkinə ayrı ofis tutmağa, təbliğat-təşviqat üçün böyük vəsait xərcləməyə ehtiyac yoxdur. Bu dairə 15-20 min seçicini əhatə edir. Amma, məsələn, bizim Gəncədə də namizədimiz olacaq. Gəncəyə getmək-gəlmək üçün daha çox xərc tələb olunacaq. Maliyyə resursları kifayət qədər az olduğundan, fandreyzinq (Fəaliyyətin təşkil olunması və ya hər hansı bir layihənin həyata keçirilməsi üçün vəsaitin cəlb olunması- red.) elan edəcəyik. Seçkilər rəsmən elan olunandan sonra dəstək üçün insanlara müraciət etməyi düşünürük. Ötən seçkidə bu fonda pul köçürənlər olmuşdu. Ümid edirik ki, bu dəfə də olacaq".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər