“Real” futbolçusu Antonio Rüdigerin müqaviləsini uzatmaq istəyir.
Bakupost.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Almaniya millisinin də üzvü olan müdafiəçi ilə yaxın günlərdə danışıqların başlanacağı bildirilib.2022-ci ildən Madrid klubunda çıxış edən Rüdigerin hazırkı sözləşməsi gələn ilin yayına qədərdir.
Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm "Real"da 26 oyunda meydana çıxıb.