Ru
11:34 / 09 Noyabr 2024

"Real"ın ulduz futbolçuları istefa tələb etdi

"Real"ın ulduz futbolçuları istefa tələb etdi
Eye

"Real" "Santyaqo Bernabeu" stadionunda keçirdiyi son iki matçda məğlub olub.

Bakupost.az xəbər verir ki, komanda “Barselona”ya (0:4), “Milan”a (1:3) hesabı ilə uduzub.

"El Gol Digital"ın yaydığı məlumata görə, komandanın zəif nəticələri fonunda baş məşqçi Karlo Ançelotti futbolçular üzərində nəzarəti itirib.

“Real”ın bir sıra ulduz futbolçuları baş məşqçinin istefasının lehinə danışıblar. Bunlar Federiko Valverde, Kilian Mbappe, Ferland Mendi, Aurelien Tçouameni və Eduardo Kamavinqa. Ançelottini demək olar ki, yalnız Vinisius Junior dəstəkləyir .

Xatırladaq ki, daha əvvəl Madrid klubunun prezidenti Florentino Peresin Ançelottini əvəzləmək üçün "Bayer"in baş məşqçisi Xabi Alonso ilə danışıqlar apardığı haqda xəbərlər yayılmışdı.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar