Ru
14:04 / 27 Mart 2025

Reanimasiyada olan aktyora təcili qan lazımdır - Qızı müraciət etdi

Reanimasiyada olan aktyora təcili qan lazımdır - Qızı müraciət etdi
Eye

Hazırda Yeni Klinikanın Reanimasiya şöbəsində müalicə edilən Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevə təcili qan lazımdır.

Bakupost.az xəbər verir ki, bunu aktyorun qızı Leyla Rəhimli bildirib.

"Atamın qan dəyərləri aşağı olduğu üçün dializ edə bilmirlər. Çox xahiş edirəm, kimin sağlığı əl verirsə, Yeni Klinikaya gəlsin və birinci mərtəbədə donor qan alma otağına yaxınlaşsın. Bütün qan qrupları uyğundur",- deyə L.Rəhimli söyləyib.

Qeyd edək ki, aktyor bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar