Ru
22:00 / 02 Sentyabr 2023

Region üçüncü Qarabağ müharibəsi astanasındadır - Tomas de Val

Region üçüncü Qarabağ müharibəsi astanasındadır - Tomas de Val
2386

Qafqaz üzrə nüfuzlu britaniyalı ekspert, Qarabağ münaqişəsinə dair “Qara bağ” kitabının müəllifi Tomas de Val əmindir ki, region üçüncü Qarabağ müharibəsi astanasındadır.


Bakupost.az Ölkə.az-a istinadən xəbər verir ki, Tomas de Valın sözlərinə görə, son aylarda daha da kəskinləşən ziddiyyətlərin dolaşıqlığına tezliklə cavablar bəlli olacaq.

Mövcud vəziyyətin analitik icmalında o, müharibənin çox güman ki, artıq qaçılmaz olduğu fikrini müxtəlif variasiyalarda təkrarlayır:

“Qarabağda yeni müharibə təhlükəsi hələ də var. Bakıda açıq şəkildə deyirlər ki, “separatçıları tərksilah etmək üçün hərbi əməliyyat keçirmək zamanın işidir”. Söhbət hələ də Qarabağda qalan erməni silahlı birləşmələrinin “demilitarizasiyasından” gedir... 2020-ci il Qarabağ müharibəsi Azərbaycanın aşkar qələbəsi ilə başa çatıb, lakin münaqişəyə son qoymayıb... Yeni müharibə təhlükəsi real olaraq qalır. ... Qarabağ ətrafında gərginlik artır... Yeni müharibə təhlükəsi hələ də havadadır”.

“... Heç bir erməni lideri Qarabağ ermənilərinə xəyanət kimi qəbul edilə bilən belə bir sülh müqaviləsini imzalamaz. Ermənistan hakimiyyətinin fikrincə, indi söhbət artıq suverenlikdən yox, Qarabağ ermənilərinin “hüquqları və təhlükəsizliyindən” və beynəlxalq təminatlardan gedir. Erməni rəsmilərindən biri mənimlə söhbətində belə bir fikir bildirdi ki, Azərbaycan bu cür öhdəliklər götürməsə, “sülh müqaviləsi müharibə müqaviləsinə çevrilə bilər”. Lakin Azərbaycan rəsmisi mənə bildirdi ki, Bakı güzəştə getməyə meyilli deyil: “Güclər nisbəti dəyişib, ermənilər bunu başa düşməlidir”.

Tomas de Valın fikrincə, Azərbaycan jest etməyi düşünmür: "Onun nöqteyi-nəzərindən ölkə onilliklər ərzində ermənilər tərəfindən alçaldılıb. Axı onlar nəinki 1990-cı illərin əvvəllərindəki müharibədə qalib gəliblər, həm də Azərbaycanın Qarabağa bitişik daha 7 rayonunu tamamilə və ya qismən işğal ediblər. Yarım milyondan çox azərbaycanlı bu bölgələrdən qaçmaq məcburiyyətində qalıb... 2020-2021-ci illərdə Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin əhəmiyyətli bir hissəsinə nəzarəti bərpa edəndə məlum oldu ki, ermənilər təkcə bu torpaqları deyil, sistemli şəkildə oradakı bütün şəhər və kəndləri dağıdıb, yaşayış üçün yararsız hala salıblar”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar