Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:07 / 17 Sentyabr 2024

Regionun Zəngəzur dəhlizi problemi: Rusiya ilə İran qarşı-qarşıya

5090
“Zəngəzur dəhlizi məsələsi Rusiya ilə İranı üz-üzə qoyub. Tərəflərin mövqeləri müəyyənləşib. Heç kim öz mövqelərindən geri çəkilmək niyyətində deyil. Yəqin ki, söhbət qırmızı xətlərin yenidən müəyyən olunmasından gedir. Çox güman, Rusiya İranı inandırmağa çalşıb ki, Zəngəzur dəhlizinin 10 noyabr anlaşması çərçivəsində açılması Tehranın maraqlarına toxunmayacaq və sair. Böyük ehtimalla, bu məsələ bir daha müzakirə olunub”.




Bunu politoloq İlqar Vəlizadə Bakupost.az -a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın dəhlizin açılmasına yanaşması Rusiya üçün o qədər də əhəmiyyət kəsb eləmir. Çünki Rusiya İranın maraqlarını nəzərə almağa çalışır və bunu ona izah edir. Amma Rusiya əsasən öz maraqları çərçivəsində addımlar atır və atacaq:


“Bu qaçılmazdır. Rusiya bunu İrana izah etməyə çalışır, çünki vaxt keçdikcə, bu dəhliz Rusiya üçün xüsusi və daha böyük əhəmiyyət kəsb edir. İndi İran bunu istəyir-istəmir, bu, Rusiya üçün üçüncü dərəcəli məsələdir”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar