***
14:58
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.
***
15:51
Bu gün Moskvada saxlanılması barədə xəbər yayılan Rəqsanə İsmayılova saxlanılmadığını bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə o, videomüraciət yayıb.
“Özünüzdən boş məsələlər, yalan xəbərlər çıxarmayın. Mən evimdəyəm, ailəmin yanındayam, Moskvadayam. Heç bir problemim yoxdur. Özünüzdən boş şeylər çıxarmayın. Kim ki, xəbərimi yayır, şəklimi yayıb, şikayət etməmiş pozun”.
Müğənni yaxın günlərdə Azərbaycana gələcəyini bildirib.