Ru
11:59 / 29 Mart 2025

Rəşid Behbudov və Murtuz Ələsgərov 45 il əvvəl –FOTOXRONİKA

Rəşid Behbudov və Murtuz Ələsgərov 45 il əvvəl –FOTOXRONİKA
Eye

Korifey sənətkarımız Rəşid Behbudovun qiymətli arxiv fotosu üzə çıxıb.

Bakupost.az həmin şəkli oxucularına təqdim edir.

Foto çox güman ki, 1970-ci illərin sonlarında çəkilib. Şəkildə Rəşid Behbudov ilə birgə Azərbaycan Milli Məclisinin sabiq sədri Murtuz Ələsgərov əks olunub.

Həmin dövrdə Murtuz Ələsgərov Bakı Dövlət Universitetinin müəllimi idi. Bundan başqa o AZTV-də “Planetimizin mənzərəsi” həftəlik icmalının aparıcısı idi.

Şəkildə həmçinin tanınmış estrada muğənnisi, gənc Mübariz Tağıyev və ustad musiqiçi mərhum Rafiq Babayev və daha bir neçə nəfər də var.

Hərracda bu fotoya ilkin qiymət olaraq 150 manat qiymət qoyulub.

Rəşid Behbudovun qızı Rəşidə Rəşid fotonun hərraca çıxarılmasına etirazını bildirib. Sosial şəbəkədə etdiyi paylaşımda o yazıb ki, bunun üçün icazə almaq lazım idi: “Heç olmasa Rəşid Behbudovun yeganə varisi olan qızı Rəşidə xanımdan icazə almaq olardı. Bu əxlaqsızlığa nə ad vermək olar? Biz hara gedirik?”-deyə Rəşidə xanım narazılığını bildirib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar