Ru
14:21 / 10 Yanvar 2025

Şagirdi döyməkdə adı hallanan Rəsilə Arifqızı namizədliyini GERİ GÖTÜRDÜ

Şagirdi döyməkdə adı hallanan Rəsilə Arifqızı namizədliyini GERİ GÖTÜRDÜ
Eye

Lənkəran rayon icra hakimiyyəti başçısının sabiq müavini Rəsilə Əliyeva (Arifqızı) bələdiyyə seçkilərində namizədliyini geri götürüb.

Bakupost.az xəbər verir ki, Rəsilə Arifqızı Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, artıq namizədliyini geri götürüb.

Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur.

Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar