Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.
“Qafqazinfo”nun məlumatına görə, rəsmilər şəhidlərimizin ruhunu ehtiramla yad ediblər.
Bundan başqa, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Baş prokuror Kamran Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də Şəhidlər xiyabanını ziyarət edən dövlət rəsmiləri arasında olub.
Eyni zamanda mədəniyyət naziri Adil Kərimli, müdafiə sənayesi naziri Vüqar Mustafayev, səhiyyə naziri Teymur Musayev, BŞİH rəhbər Eldar Əzizov, elm və təhsil naziri Emin Əmrullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, AZAL-ın prezidenti Samir Rzayev, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev də Şəhidlər xiyabanını ziyarət edib.