“Respublikanski” kimi tanıdığımız Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsində övladını dünyaya gətirən 22 yaşlı Sara İsayeva doğuşdan sonra iynədən sepsis keçirib və komaya düşüb.
Bakupost.az xəbər verir ki, bu barədə qadının həyat yoldaşı, İkinci Qarabağ müharibəsi qazisi Orucəli Ağayev bildirib.