Ru
14:07 / 18 Yanvar 2025

Reza Zərrab evləndi, 3 gün toy etdi - FOTO

Reza Zərrab evləndi, 3 gün toy etdi - FOTO
895

Cənubi Azərbaycandan olan iş adamı Reza Zərrab evlənib.

Bakupost.az xəbər verir ki, bu haqda "Bitter" dərgisi foto və məlumat yayıb. Amerikada yaşayan Zərrab Mayamidə Dilarə Altıntopla ailə həyatı qurub.

Üç gün üç gecə davam edən şənliklərə Türkiyədən İbrahim Tatlısəs, Derya Tuna və Demet Akalın kimi məşhur adlarla yanaşı, Altıntopun məmləkəti Bursadan da çoxlu qonaq qatılıb.

Reza və Dilarə iki ay əvvəl nikah masasına oturub.

Üç gün olan toyun ilk günü Faena otelində keçirilən sosial tədbirlə başladı. İkinci gün qonaqlar Mayami sahillərində Atlantik okeanında yaxtada keçirilən “Sunset Party”də toplaşıblar. Ziyafətdən sonra qonaqlar Venesiya Marina Yaxta Klubunda lövbər salan qayıqdan atəşfəşanlığa baxaraq gecəni başa vurublar. Zərrab və Altıntopun yanvarın 16-da axşam saatlarında baş tutan toy mərasimi Mayami şəhərinin simvolu olan Vizcaya Muzeyi və Bağçalarında keçirilib.

Tədbir başlamazdan əvvəl qonaqlara foto və ya video çəkməmək barədə e-poçt vasitəsilə xəbərdarlıq edilib. Toydan hər hansı görüntünün sızmasının qarşısını almaq üçün iştirakçıların telefonları hər üç gecədə işçilər tərəfindən toplanıb. Gecədə iştirak edən qonaqlar üçün “dress code” tətbiq edilib. Qadınlar üçün ziyafət geyimi, kişilər üçün smokinlər məcburi olub.

Qeyd edək ki, Reza türkiyəli müğənni Ebru Gündeşlə ailəli olub. Cütlük 2021-ci ildə boşanıb. Onların Alara adlı qız övladı var.

Əslən Bursadan olan və Mayamidə yaşayan Dilarə Altıntop Boston Universitetində hüquqşünas sertifikatına malikdir. Mayamidə bir şirkətdə administrator köməkçisi kimi çalışan Altıntop Türkiyə Milli Üzgüçülük Komandası və Fənərbaxça İdman Klubunda peşəkar üzgüçüdür.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar