Ru
06:20 / 13 Noyabr 2024

Adnan Əhmədzadə Ronaldinyonu Bakıya gətirdi - FOTO

Adnan Əhmədzadə Ronaldinyonu Bakıya gətirdi - FOTO
Eye

Dünya futbolunun canlı əfsanəsi Ronaldinyo Bakıya gəlib.

Bakupost.az xəbər verir ki, braziliyalı veteran futbolçu bununla bağlı öz İnstaqram hesabında paylaşım edib.

O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Azərbaycana səfər edib.

Rəsmi məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Fotodan da göründüyü kimi Ronaldinyonu Bakıya azərbaycanlı iş adamı, son illərə qədər SOCAR-da yüksək vəzifələr tutumuş Adnan Əhmədzadə gətirib.

O, məşhur futbolçu Lionel Messi ilə ailəvi dostluq edir.




Şərhlər
  • Ramil

    Bu kimə lazımdır və nəyə gərəkdir?Belə boş.mənasız məlumatların məqsədu Adnanı reklam etməkdir?Məqsəd?

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar